ATƏT sədri erməniləri məyus etdi

18:05 | 20.01.2017
ATƏT sədri erməniləri məyus etdi

ATƏT sədri erməniləri məyus etdi

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Ermənistanın "Mediamax” agentliyinə müsahibə verib.

Erməni jurnalistlər Sebastyan Kurtsa danışıq prosesində "DQR"in iştirakı ilə bağlı sual ünvanlayıblar: "Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?”

ATƏT sədrinin cavabı birmənalı olub:
 
"Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar".

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib. //Azvision.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb