Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub

09:31 | 13.06.2019
Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub

Yasamalda yanan binadan 83 nəfər təxliyyə olunub

Xəbər verdiyimiz kimi, bu gün Bakının Yasamal rayonunda yanğın qeydə alınıb.
FHN-dən verilən məlumata görə, şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb.
Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM