AVRO-2020: Qrup mərhələsinin ən yaxşı futbolçuları açıqlandı

20:30 | 24.06.2021
AVRO-2020: Qrup mərhələsinin ən yaxşı futbolçuları açıqlandı

AVRO-2020: Qrup mərhələsinin ən yaxşı futbolçuları açıqlandı

"WhoScored" futbol statistikası saytı AVRO-2020-nin qrup mərhələsinin ən yaxşı futbolçularını açıqlayıb. "Report"un məlumatına görə, seçim hər matça verilən orta qiymət əsasında aparılıb.

Ən yaxşı futbolçu adına Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Brüyne 8,84 xalla layiq görülüb.

İkinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 8,06 xalla qərarlaşıb. "Üçlüy"ü Hollandiya millisindən Frenki De Yonq 7,87 xalla qapayır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb