Avropa Oyunlarında 6000-dən çox idmançı iştirak edəcək

11:34 | 09.10.2014
Avropa Oyunlarında 6000-dən çox idmançı iştirak edəcək

Avropa Oyunlarında 6000-dən çox idmançı iştirak edəcək

Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək, onlardan 16-sı olimpiya idman növüdür. Əlamətdar haldır ki, 11 idman növü üzrə yarışlarda qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya Oyunlarında iştirak lisenziyaları veriləcək. İdmançıların ümumi sayı 6000-dən çox olacaq ki, bu rəqəm son qış Olimpiya Oyunları iştirakçılarının sayından 2 dəfədən çoxdur.Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı bildirib.Nazirin sözlərinə görə, oyunların başlanmasına 247 gün qalmasına baxmayaraq, Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb:“Hesabat dövründə sayca 41-ci olan Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimləri keçirilib. Eyni zamanda, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi açılışa hazırlanıb”.Azad Rəhimov bildirib ki, hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, 16 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir.“I Avropa Oyunları ilə əlaqədar çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, 68000 tamaşaçı tutumu olan Futbol stadionunun, BMX-Velosipedi veloparkının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının əsaslı təmiri və digər obyektlərdə müvəqqəti qurğuların tikintisi davam etdirilir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb