Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları təsdiqləndi

13:12 | 14.05.2014
Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları təsdiqləndi

Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları təsdiqləndi

2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq Milli Olimpiya Komitələri (MOK) üçün təsdiq olunub.Fransada aerobika üzrə keçirilmiş Avropa Çempionatının (4-10 Noyabr 2013) və Portuqaliyada batut və tamblinqdən tullanma üzrə keçirilmiş Avropa Çempionatının (7-13 Aprel 2014) ardınca ümumilikdə 22 MOK üçün Bakıda keçiriləcək Avropa Oyunlarında aerobika və batut üzərindən tullanma üzrə nəzərdə tutulmuş 120 nəfər idmançı sayı ayrılmışdır.İlk Avropa Oyunlarında yarışacaq ilk idmançılara öz MOK-ları tərəfindən yarışacaqları yerlərin tezliklə təklif olunması dönüş mərhələsi deməkdir.Azərbaycana qonşu ölkə olan Gürcüstanın MOK-u yarışlarda iştirakla bağlı onlar üçün nəzərdə tutulmuş idmançıların sayını təsdiq edən ilk MOK olmuşdur. Azərbaycan MOK-un ev sahibliyi etdiyi yarışda ölkədən batut üzərindən tullanma üzrə maksimum dörd və aerobika üzrə altı idmançı qüvvəsini sınayacaq.Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq bildirmişdir: “Bu gün MOK-ların ilk yarışacaq idmançılarının nəzərdə tutulan saylarının təyin olunması ilə Bakıda keçiriləcək İlk Avropa Oyunlarını həyata keçirmək kimi mühüm mərhələdəyik.Qarşıdan gələn aylarda veriləcək elanlar və idmançılar arasında aparılacaq seçimlər həm Azərbaycanda, həm də bütün Avropada idman yarışlarına qarşı həvəs və həyəcan oyadacaq. İdmançılar Oyunların mərkəzində olacaq və biz yarışlarda ölkələri üçün nəzərdə tutulmuş iştirak sayını əldə edən idmançıları təbrik edirik. Seçilən idmançılar gələn ilin yayında Bakıda səxavətlə və səmimi qarşılanacaqlarından əmin ola bilərlər”.Bu yaxınlarda ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən möhtəşəm Milli Gimnastika Arenasının rəsmi açılışı olmuşdur. Arena Bakı-2015-in Atletlər Kəndinə yaxın ərazidə yerləşir.6800 nəfərlik Arena sınaq yarışlarına ev sahibliyi edəcək ilk obyektlərdən biri olacaq və iyun ayında burada bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.Atletlərlə bağlı Xidmətlər və Əməliyyatlar Şöbəsinin direktoru Ceyms MakLoud demişdir: “Biz bütün Avropadakı 22 Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb onlar üçün idmançıların nəzərdə tutulan iştirak sayı barədə həmin komitələri məlumatlandırmışıq.Bu, Avropa Oyunlarının başlanması üçün yerdə qalan günlərdə daha çox tərəqqini özündə əks etdirir və bu tərəqqi Avropadakı bütün MOK-lara öz komandalarının Oyunlarda iştirakını planlaşdırmağa başlamalarına imkan yaradacaq”.İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya oyunları aerobika və akrobatika – Bakı-2015 Oyunlarında nümayiş olunacaq.Gimnastika yarışları altı gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnastlar arasında keçiriləcək. Beş idman yarışı üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra istənilən idman növü arasında medal sayına görə ikinci ən yüksək göstəricidir.Ümumilikdə, Bakı-2015 Avropa Oyunlarında 19 idman növü üzrə 6000-dən çox idmançının iştirak etməsi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb