Avropa şəhərləri: Avstriyanın şəhər-qalası DürnştaynFOTOREPORTAJ

14:25 | 07.09.2015
Avropa şəhərləri: Avstriyanın şəhər-qalası Dürnştayn – FOTOREPORTAJ

Avropa şəhərləri: Avstriyanın şəhər-qalası DürnştaynFOTOREPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə Avstriyanın şəhər-qalası Dürnştaynın yerləşdiyi mənzərəli Vaxau vadisinə səyahət edəcəyik, vadi dadlı üzümləri və şərabıyla məşhurdur. Qeyd etmək yerinə düşər ki, şəhərdə şərab muzeyi yerləşir, şərab dequstratorları və həvəskarları tez-tez burada toplaşırlar. Dürnştaynın ən yaxşı şərabı məşhur ingilis kralı, Plantegenetlər sülaləsindən olan Şir ürəkli Riçardın şərəfinə adlandırılıb. 

Sual yara bilər ki, Avstriya şərabı nəyə görə Avstriya kralının deyil, ingilis kralının şərəfinə adlandırılıb? Bu suala cavab tapmaq üçün tarixə baş vurmaq məcburiyyətindəyik. 

Dunay çayının sahilində yerləşən Dürnştayn balaca, daş döşəməli dar küçələri olan şəhərcikdir. 1130-1140-cı illərdə qayalıqda salınan Dyürnştayn qalası günümüzə qədər qalmayıb, indi onun yalnız xarabalıqları mövcuddur. Müdafiə baxımından əhəmiyyətli olan qala şəhəri yadelli hücumlardan qoruyub. 

Qalanın adı tərcümədə "quru torpaq üstündə qala” mənasını verir. Ancaq qalanın xüsusilə məşhurlaşmasına səbəb, ingilis kralı Şir ürəkli Riçardın burada bir il həbsdə saxlanılmasıdır. Belə məşhur sərkərdəni kim əsir ala bilərdi? 

Bu əhvalatın tarixi belədir:

Avstriya ərazilərini birləşdirən Babenberq sülaləsindən Hersoq Xeyirxah Leopold (V Leopold) möhtəşəm Avstriya dövlətinin əsasını qoyub. 

Hersoqun cəsurluğu heç də hər kəsin xoşuna gəlməyib. Onun müttəfiqi ingilis kralı Şir ürəkli Riçardın (1157–1199) etdiyi hərəkət hersoqun şəninə toxunub. Düşmən üzərindəki ümumi qələbədən sonra hersoq Babenberqlər sülaləsinin bayrağıının qaldırılmasını əmrini verir, bu isə kral Riçardın xoşuna gəlmir və avstriyalıların bayrağının yığışdırılması əmrini verir, üstəlik qəniməti paylaşmaqdan da imtina edir. Qeyd etmək yerinə düşər ki, ingilis kralı təkcə igidliyi ilə seçilmirdi, onun xarakterində tez özündən çıxmaq da varıydı. Həyatı boyunca Kral Riçard çox az adam tapılardı ki, onunla mübahisə etməsin. 

Xaç yürüşlərindən İngiltərəyə qayıdan Riçard qərara gəlir ki, vətənə ən münasib yolla, Avstriyadan getsin, o öz şəxsiyyətini gizlədə və fərq edilməz olmaq istəyir. Ancaq buna nail olmur. Öz məiyyəti ilə birgə indiki Vyanının Erdberq bölgəsində ovçu daxmalarından birinə düşən Riçardı tanıyırlar. Məğrur ingilis kralı özü şəxsən hersoqa təslim olmaq qərarına gəlir və qılıncını ona təqdim edir. Leopoldun əmri ilə ingilis kralını Dürnştayn qalasındakı həbsxana hücrəsinə salırlar. 

Avstriya hersoqu böyük məbləğdə zamin (1500000 gümüş marka) aldıqdan sonra ingilis kralını azad etməyə razılıq verir. Londona qayıtdıqdan sonra ingilis kralı yenidən tacqoyma mərasimi keçirmək məcburiyyətində qalır. Yeri gəlmişkən, ingilis kralından aldığı pulla Avstriya hersoqu ölkəsinin üç bölgəsində möhkəm qalalar tikir. 

İndiki dövrdə Dürnştayın şəhər-qalası avstriyalıların sevimli məkanlarından biridir, bura insanlar istirahət etməyə, tarixi abidələrə baxmağa, Dunay çayına yaxın olmaq və təsviredilməz mənzərənin gözəlliyini duymağa gəlirlər. Bundan başqa, orada fəal istirahət etmək də mümkündür, Dunay çayı boyunca uzun gəzintilər, çayda üzmək, velosiped sürmək, Dunayda paraxodla üzmək, dağılmış qalanın xarabalıqlarında gəzmək, təzə balıq ətindən dadmaq, yerli restoranlarda şərab plantasiyalarda hazırlan şərabdan içmək buna misal ola bilər. Bir sözlə, Dürnştayn həftəsonunu sakitlik və dinclik atmosferində, təbiət qoynunda keçirmək üçün ideal məkandır. 

ANN.Az xəbər portalı daimi oxucumuz Tereza Malekin Dürnştayndan hazırladığı fotosessiyanı oxucularına təqdim edir. 

Yeri gəlmişkən, ANN.Az redaksiyası bütün fəal oxucularına öz təşəkkürünü bildirir və oxucularının hamısı fəal olmağa, dünyanın müxtəlif şəhərlərində çəkdikləri maraqlı şəkilləri bizə göndərməyə çağırır. Göndərilən fotolar müəllifin adı qeyd olunmaqla yayımlanacaq!

Xoş seyrlər: 
 












































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM