Avropalı deputat Qarabağa qanunsuz səfər edib

14:14 | 26.01.2018
Avropalı deputat Qarabağa qanunsuz səfər edib

Avropalı deputat Qarabağa qanunsuz səfər edib

Avropa parlamentinin İsveçdən olan deputatı, xarici əlaqələr üzrə Komissiyanın üzvü Lars Adaktusson Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Avroparlamentin deputatı qondarma qurumun "xarici işlər naziri” Masis Mailyanla görüş keçirib.

Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb