Avtomobil idxalına görə rüsum artırılacaqmı? - RƏSMİ CAVAB

12:44 | 11.10.2017
Avtomobil idxalına görə rüsum artırılacaqmı? - RƏSMİ CAVAB

Avtomobil idxalına görə rüsum artırılacaqmı? - RƏSMİ CAVAB

Dövlət Gömrük Komitəsi avtomobil idxalına görə gömrük rüsumunun artırılmasına baxa bilər.

Anews,az Trend-ə istinadən xəbər verir ki, bunu Komitənin sədri Aydın Əliyev deyib.

A.Əliyev qeyd edib ki, bu addım Azərbaycan-İran avtomobil zavodunun istismara verilməsindən sonra atıla bilər:

"Avtomobil idxalı üzrə rüsumun artırılması haqqında düşünmək hələ tezdir. Son illərdə ölkəyə avtomobil idxalı xeyli azalıb. Neftçalada avtomobil zavodu tam gücü ilə işlədikdən sonra gömrük rüsumunun artırılması barədə düşünmək olar. Yalnız bundan sonra təhlil aparacağıq ki, idxal daxili istehsala mane olur, ya yox".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb