Ayaz Salayevin filmi beynəlxalq festivalda

13:08 | 03.10.2014
Ayaz Salayevin filmi beynəlxalq festivalda

Ayaz Salayevin filmi beynəlxalq festivalda

2-11 oktyabr 2014-cü il tarixində Avstriyanın Vyana şəhərində "LET'S CEE" Film Festivalı keçirilir.ANN.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, festivalda dünyanın qırx tanınmış kino tənqidçisi tərəfindən seçilmiş, Qərblə keçmiş Sovet sistemi arasındakı "Dəmir pərdə" aradan qalxdıqdan sonra son 25 ildə Mərkəzi və Şərqi Avropanın 25 ölkəsində çəkilmiş ən yaxşı filmlər iştirak edir (www.letsceefilmfestival.com).1989-cu ildən bugünə kimi Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz Salayevin "Yarasa" bədii filmi seçilərək festivalın "Retrospektiv-25" xüsusi layihə proqramına daxil edilmişdir. Bu barədə festivalın direktorları Maqdalena Zelasko və Volfqanq Şvelle A.Salayevə göndərdikləri məktubda məlumat vermiş və onu festivalda iştiraka dəvət ediblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti