Azər Mirzəyev vəfat etdi

09:56 | 19.07.2014
Azər Mirzəyev vəfat etdi

Azər Mirzəyev vəfat etdi

Əməkdar artist, aktyor Azər Mirzəyev vəfat edib. 
ANN.Az-ın məlumatına görə, bu haqda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.
***
Bu gecə saat 03:00 radələrində tanınmış aktyor Azər Mirzəyev dünyasını dəyişib. Aktyor, teleaparıcı Elnur Kərimovun Simsar.az-a verdiyi məlumata görə, aktyorun ölümünə ürək çatışmazlığı səbəb olub.
62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq.
O, 2  il əvvəl keçirdiyi iflic xəstəliyindən əziyyət çəkirdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM