Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək

12:43 | 19.07.2014
Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək

Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək

Akademik Milli Dram Teatrında tanınmış aktyor, əməkdar artist Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək. 
Teatrın direktoru İsrafil İsrafilov AzNews.az-a açıqlamasında bildirib ki, əməkdar artist ailəsinin istəyi ilə Sabirabadda, valideynlərinin yanında dəfn ediləcək: 
“Artıq kollektivin üzvləri Sabirabaddadırlar. Mən isə Bakıda təşkilati məsələləri həll etməklə məşğulam. Onun üç mərasimini biz təşkil edəcəyik”. 
Qeyd edək ki, tanınmış aktyor bu gecə saat 03:00 radələrində dünyasını dəyişib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Allah rəhmət eləsin! 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM