Azərbaycan beynəlxalq festivalda təmsil olunacaq

09:59 | 27.03.2014
Azərbaycan beynəlxalq festivalda təmsil olunacaq

Azərbaycan beynəlxalq festivalda təmsil olunacaq

İyunun 5-dən 15-dək Rusiya Federasiyasının Voronej şəhərində Beynəlxalq Platonov incəsənət festivalı keçiriləcək. ANS PRESS-in məlumatına görə, iyunun 7-də Xalq Artisti Alim Qasımov və ansamblı Voronejin bu festivalın “Dünya musiqisi” proqramı çərçivəsində Opera və Balet Teatrında çıxış edəcək.Xanəndənin və ansamblının ifasında voronejlilər və festivalın qonaqları muğam janrı ilə daha yaxından tanış olacaq.Beynəlxalq Platonov incəsənət festivalı 2011-ci ildən Rusiya Federasiyasının Voronej vilayəti qubernatorunun bilavasitə himayəsi altında keçirilir və böyük rus yazıçısı Andrey Platonovun adını daşıyır. Festival musiqi, teatr, təsviri incəsənət və ədəbiyyat istiqamətlərində keçirilir.Böyük Britaniyanın məşhur "Guardian" jurnalına müsabibə verən məşhur islandiaylı müğənni Byork Qvyudmundsdouttir Alim Qasımovun yaradıcılığının pərəstişkarı olduğunu bildirib."Mənim ən sevdiyim ifaçılar arasında Beyons, Çaka Xan, Entoni Heqarti kimi şəxsiyyətlər var. Amma, ən sevdiyim ifaçı Alim Qasımıvdur",-deyə müğənni müsahibəsində qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM