Azərbaycan bu il hərbi xərcləri artıracaq

16:10 | 10.05.2023
Azərbaycan bu il hərbi xərcləri artıracaq

Azərbaycan bu il hərbi xərcləri artıracaq

Azərbaycan hakimiyyəti 2023-cü il dövlət büdcəsinin parametrlərinə baxarkən müdafiə sektoruna ayrılan vəsaiti artıracaq.Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

"Ordu quruculuğu məsələsində biz həmişə sistemli işləmişik və bu işi davam etdiririk. İkinci Qarabağ Müharibəsindən sonra (2020-ci ilin payızı - İG) biz dayanmamışıq, əksinə, irəliləyirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, əhəmiyyətli bir hissəsi (əlavə xərclər - İ.F.) yenidən müdafiə məqsədləri üçün nəzərdə tutulub. Niyə? Çünki biz həmişə hazır olmalıyıq. Təhdidlər artır, təhlükə artır və biz istənilən təhlükənin öhdəsindən gəlməyi bacarmalıyıq”, - Əliyev çərşənbə günü xalqa müraciəti zamanı deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.

"Azərbaycan ordusu həm təchizat, həm də döyüş qabiliyyəti baxımından dünyanın ən güclü orduları sırasındadır. Ordumuz paradda deyil, döyüş meydanında döyüşdü, gücünü nümayiş etdirdi. Bu bizim ordumuzdur. Ordu quruculuğu hələ də lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin olunacaq”, - Əliyev vurğulayıb.

2023-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsinə 5,3 milyard manat (cari məzənnə ilə 3,1 milyard ABŞ dollarından çox) və ya dövlət büdcəsi xərclərinin 16 faizi qədər vəsait nəzərdə tutulub. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb