Azərbaycan bu maşını "milliləşdirəcək"

10:50 | 06.01.2015
Azərbaycan bu maşını

Azərbaycan bu maşını "milliləşdirəcək"

Azərbaycanda "NAZ-Lifan” avtomobilləri milliləşdiriləcək.

ANN.Az fins.az-a istinadən xəbər verir ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktor müavini Polad Sadıqov bildirib. Onun sözlərinə görə, qarşıdakı illərdə "Lifan”lar bütünlüklə yerli ehtiyat hissələri vasitəsilə istehsal edilcək. Qeyd edək ki, hazırda Lifanlar bütünlüklə digər ölkələrdən gətirilən ehtiyat hissələrlə yığılır.

Avtomobilin «milliləşdirilməsi» məqsədilə Azərbaycanda "NAZ- Lifan” avtomobillərinin ehtiyat hissələrinin istehsalına başlanacaq. Direktor müavini bildirib ki, ehtiyat hissələri təkcə Naxçıvanda deyil, ölkənin başqa bölgələrində də istehsal edilə bilər: "Ola bilsin ki, ehtiyat hissələri Naxçıvanda yerləşən digər zavodlarda istehsal olunsun. 1-2 il ərzində ehtiyat hissələri tamamilə burada istehsal oluna bilər”.

Qeyd edək ki,  2010-cu ildə fəaliyyətə başlayan Naxçıvan Avtomobil Zavodunda  indiyə qədər 3 976 "NAZ- Lifan” avtomobili yığılıb. Zavod qiymətləri 7500-16000 manat arasında dəyişən 9 model buraxır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM