Azərbaycan "Microsoft"la birgə işçi qrupu yaradır

20:38 | 18.12.2015
Azərbaycan

Azərbaycan "Microsoft"la birgə işçi qrupu yaradır

İşçi qrupu əlaqələrin hazırkı vəziyyətini araşdıracaq və inkişaf perspektivləri ilə bağlı təkliflər hazırlayacaq

Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə bu gün Azərbaycanda səfərdə olan "Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqlerlə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan "Microsoft” proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.

M.Koqler bildirib ki, "Microsoft” Azərbaycanla əməkdaşlıqda və bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

R.Quluzadə Nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında işçi qrupunun yaradılması təklif olunub.

İşçi qrupu mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb