Azərbaycan Pantomima Teatrının 20 yaşı tamam olur

10:13 | 16.05.2014
Azərbaycan Pantomima Teatrının 20 yaşı tamam olur

Azərbaycan Pantomima Teatrının 20 yaşı tamam olur

Bu gün Azərbaycanda Pantomima teatrının yaradılmasından 20 il ötür. Azərbaycan Dövlət Pantomima Teatrı, ilk növbədə, "Dəli yığıncağı" Pantomima teatr-studiyası kimi 1994-cü ildə yaradılıb və Gənc Tamaşaçılar Teatrının nəzdində müəyyən müddət məskunlaşıb. 2002-ci ildə teatra Dövlət statusu verilib. Hal-hazırda teatr "Azadlıq" prospekti, 49-da yerləşən köhnə "Şəfəq" kinoteatrının binasında fəaliyyətini davam etdirir. Sərbəst xoreoqrafik etüdlərlə pantomima sənətinin kəsişdiyi nöqtədə işləyən teatr Gürcüstanda, Ukraynada, Rusiyada, Türkiyədə, İranda, Fransada, Almaniyada, Avstriyada, Misirdə, Finlandiyada, İsveçrədə və dünyanın bir sıra digər ölkələrində ya festivallar, ya qastrol səfərləri çərçivəsində öz orijinal tamaşaları ilə Azərbaycana başucalığı gətirib.Pantomima ən sadə izahıyla “sözsüz teatr” tamaşasıdır. Nümayiş sənətlərindən biridir. Qısaca "mim" olaraq da ifadə edilə bilər. Pantomimdə sənətçi üz mimikalarından, əl-qol və bədən hərəkətlərindən istifadə edərək mövzunu izah etməyə çalışır. Bir mənada “pantomim” universal teatr dili olaraq qəbul edilir. Teatrın bu növünün əsas üstünlüklərindən biri də onun beynəlxalq dilə malik olmasıdır. Dövlət Pantomima Teatrı (DPT) Azərbaycan teatr tarixində ilk pantomim teatrıdır. Azərbaycanda pantomima teatrının əsasını qoyan əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir. //Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb