Azərbaycan Qarabağda yaşayan ermənilərə növbəti müraciəti edib

10:51 | 27.03.2023
Azərbaycan Qarabağda yaşayan ermənilərə növbəti müraciəti edib

Azərbaycan Qarabağda yaşayan ermənilərə növbəti müraciəti edib

Azərbaycan Qarabağda yaşayan ermənilərə Bakıda görüş keçirməyi təklif edib. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilən müşavirənin davamı və 13 mart tarixli çağırışa əlavə olaraq
apreldə Bakıda keçiriləcək müşavirəyə Qarabağda yaşayan erməni icmasının nümayəndələrini bir daha dəvət edir", - açıqlamada deyilir. 
apreldə keçiriləcək müşavirəyə Qarabağda yaşayan erməniləri dəvət edir", -

Müşavirədə Qarabağın erməni sakinlərinin reinteqrasiyası məsələsinin müzakirəsi planlaşdırılır.
 
Martın 17-də ermənilər Bakıda görüş keçirməkdən imtina etdilər.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlara başlamazdan əvvəl bildirmişdi ki, respublika  Qarabağ məsələsində Azərbaycanın öhdəliklərini yerinə yetirmək üçün müttəfiq və tərəfdaşlardan aktiv addımlar gözləyir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlamalarında İrəvanın Bakı ilə danışıqlardan yayındığını bildirib. 
 
Gülnar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb