Azərbaycan "Türkvizyon"nun qalibi oldu

23:09 | 21.12.2013
Azərbaycan "Türkvizyon"nun qalibi oldu

Azərbaycan "Türkvizyon"nun qalibi oldu

Mədəniyyət  Bu gün Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib. 

Müsabiqənin qalibi azərbaycan təmsilçisi Fərid Həsənov olub. O, "Yaşa" adlı mahnı ifa edib. O, 210 səs toplayıb.

Müsabiqə Türk Musiqi Birliyi (TBM) televiziya kanalı, TÜRKSOY təşkilatı və "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqəyə Azərbaycan da daxil olmaqla 24 ölkənin təmsilçisi qatılıb. Onlardan 12-si müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.

Finalda Azərbaycan, Türkiyə, Belarus, Kosova, Qazaxıstan, Bosniya və Herseqovinya, Tatarıstan, Ukrayna, Rusiya Federasiyasının Altay muxtariyyəti, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Özbəkistan təmsilçiləri iştirak edib. 

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb