Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s” satış-sərgisində

11:22 | 28.03.2014
Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s” satış-sərgisində

Azərbaycan rəssamlarının əsərləri “Sotheby’s” satış-sərgisində

Londondakı məşhur “Sotheby’s” hərrac evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi açılmışdır.“Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” devizi altında keçirilən sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunur. Bütün dünyada məşhur olan hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi artıq ikinci dəfədir ki, geniş auditoriyaya təqdim olunur.Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş etdirilir. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer almışdır. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapmışdır.Burada həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərlər müəllifi olan rəssamlar təmsil olunurlar.Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun sərgidə nümayiş olunan əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə dərəcədə rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.Xatırladaq ki, 2013-cü ilin martında “Sotheby’s” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı.“Sotheby’s” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında birləşdirən dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda “Sotheby’s” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM