Azərbaycan şorbası 1-ci yeri tutdu

09:31 | 09.06.2014
Azərbaycan şorbası 1-ci yeri tutdu

Azərbaycan şorbası 1-ci yeri tutdu

Türkiyənin Qars vilayətindəki “Sultan Alparslan” kollecində yemək müsabiqəsi keçirilib. ANS PRESS-in xəbərinə görə, müsabiqədə Azərbaycanın Qars konsulu Ayxan Süleymanovun həyat yoldaşı Sevinc Süleymanova, Qars bələdiyyəsinin Azərbaycan əslli bələdiyyə sədri Murtaza Karaçantanın həyat yoldaşı Figen Karaçanta tamaşaçı qismində iştirak ediblər. Müsabiqədə yerli qadınların hazırladıqları yeməklər nümayiş olunub və münsiflər heyəti yeməklərə qiymət verib. Seringül Erginbaşın hazırladığı “Azəri şorbası” yemək kateqoriyasında birinci yeri tutub. Müsabiqədə həmçinin desert və duzlular kateqoruyası üzrə də yarış olub. Müsabiqənin qalibləri mükafatlandırılıblar. Qaliblərə mükafatlarını Türkiyənin tanınmış aşçısı Oqtay usta verib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb