Azərbaycan təhsilində ciddi parçalanmalar var - Sabir Rüstəmxanlı

16:15 | 15.03.2024
Azərbaycan təhsilində ciddi parçalanmalar var - Sabir Rüstəmxanlı

Azərbaycan təhsilində ciddi parçalanmalar var - Sabir Rüstəmxanlı

Azərbaycan təhsilində ciddi parçalanmalar var. Bunu deputat Sabir Rüstəmxanlı deyib. 
 
"Qardaş ölkədə mənəviyyat dərsləri keçirilir. Həmin dərslərdə şagirdlərə mənəviyyat və şəxsiyyət kimi yetişmək öyrədilir. Bizdə belə dərslər keçirilirmi? Bizim təhsil sistemində ciddi parçalanmalar var. Uşaqlar rus-ingilis dillərində təhsil alır. Gələcəkdə bir-birinə yad nəsillər yetişə bilər. Bunu təhlil etmək lazımdır", - deputat martın 15-də Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2023-cü il hesabatına münasibət bildirərklən söyləyib. 
 
Deputat bildirib ki, başqa ölkələrdə nazirlər Milli Məclisin içindən seçilir. 
 
"Bizdə belə deyil. Biz buradan problemləri çatdıranda ünvana təhrif olunmuş kimi çatır. Nəticədə hamının problemi subyektləşdirilir. Hesab edirəm fərqli qurumlar olsaq da bərabər problemlərin həllinə çalışmalıyıq", - deputat əlavə edib. 
 
Gülnar Nazimqızı  
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM