Azərbaycan teleseriallarını almaq istəyən ölkə

11:28 | 12.06.2014
Azərbaycan teleseriallarını almaq istəyən ölkə

Azərbaycan teleseriallarını almaq istəyən ölkə

Səudiyyə Ərəbistanı Azərbaycanda çəkilən teleserialları almaq istəyir. 
ANN.Az xəbər verir ki, bunu SalamNews-a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycanın Xarici İşlər Nazirliyinə məktub daxil olub: "Məktubda göstərilir ki, son dövrdə Azərbaycanda çəkilən və yayımına başlayan bəzi seriallara ölkələrində ciddi maraq yaranıb. Bu ölkənin televiziya kanalları bir çox Türkiyə seriallarını da alaraq yayımlamağa başlayıblar."
MTRŞ sədri bildirib ki, Səudiyyə Ərəbistanı bizim teleseriallarımızı türk serialları ilə birlikdə yaymaq və tamaşaçılarına təqdim etmək istəyir: "Səudiyyə Ərəbistanı bununla bağlı danışıqlara başlamaq üçün bizdən cavab gözləyir. Əslində, bizi bu məsələnin maliyyə tərəfi düşündürmür və filmlərimizi onlara pulsuz da verərik, yetər ki, filmlərimizi alsınlar. Bu, həm Azərbaycan maraqlarına uyğundur, həm də dövlətimizin həyata keçirdiyi xarici siyasəti dəstəklənməsidir."
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb