Azərbaycan Türkiyədən hərbi helikopterlər almaq istəyir

11:20 | 06.03.2014
Azərbaycan Türkiyədən hərbi helikopterlər almaq istəyir

Azərbaycan Türkiyədən hərbi helikopterlər almaq istəyir

Azərbaycan Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən "Roketsan" şirkətinin istehsalı olan "Mızrak-U" hərbi helikopterlərini almaq istəyir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.Məlumatda qeyd olunur ki, "Mızrak-U" hərbi helikopterlərini Azərbaycanla yanaşı, Pakistan da almaq niyyətindədir.Qeyd edək ki, martın 3-də "Mızrak-U" seriyasının modernləşdirilmiş "Atak" hərbi helikopterlərinin uçuş və hədəfi məhv etmə sınaqları keçirilib və sınaqlar uğurla başa çatıb."Mızrak-U"nun "Atak" helikopterində tank əleyhinə raket sistemi quraşdırılıb. Yeni "Mızrak-U"nun raket sistemi 8 kilometrə qədər məsafədə hədəfləri vurmaq gücünə malikdir.Helikopterlərin kütləvi istehsalına 2015-ci ildə başlanması nəzərdə tutulur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb