Azərbaycan - Türkiyə sərhəddi bağlandı

18:20 | 14.03.2020
Azərbaycan - Türkiyə sərhəddi bağlandı

Azərbaycan - Türkiyə sərhəddi bağlandı

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub.  

"Haber Global” xəbər verir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.  

Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru yolu ilə bütün səfərlərin müvəqqəti təxirə salınmasını qərara alıblar. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb