Azərbaycan və İsrail: Sadiq müttəfiqlər

13:33 | 06.10.2015
Azərbaycan və İsrail: Sadiq müttəfiqlər

Azərbaycan və İsrail: Sadiq müttəfiqlər

Bir müddət əvvəl ABŞ-da nəşr olunan "Jewish Journal” qəzetində "Azərbaycan və İsrail: Daha yaxşı dünya üçün sadiq müttəfiqlər” başlığı ilə məqalə dərc edilib. Məqalənin müəllifi Azərbaycan dağ yəhudiləri cəmiyyətinin sədri Milix Yevdayevdir. Məqaləni oxucularımıza təqdim edirik: 

Dağ Məbədi və yəhudi hüquqları uğrunda mübarizə və gərginlik indiki dövrümüzün və xalqımızın qarşısında duran ən ciddi məsələlərdən biridir. Bu məsələ həm çox siyasidir, həm də çox şəxsi. Sukkot bayramı günlərində biz Tora dərsləri barədə, Yəhudi xalqının müqəddəs məbədə səyahəti barədə hər zamankından daha çox düşünürük və bu gün bizim bütün dünyadakı icmalarımız həmin məkana sonuncu səyahətinə çıxmağın şərəfinə müvəqqəti sığınacaqlarında gözləyirlər. Bu sığınacaqlarda biz dadlı yeməklərlə, mahnılar və sevimli rituallarımızla bayramı qeyd edirik.  

Bakıdakı öz Sukkahımda, ailə üzvlərimin və fəxrimiz olan Azərbaycan-yəhudi icmasının isti əhatəsində mən Azərbaycan və İsrailin, mənim qəlbimdə əzizlədiyim iki xalqın dostluğu şərəfinə xoş sözlər demək istəyirəm. Xüsusilə bu bayram günlərində mənim qəlbim qürur hissi ilə dolub daşır, çünki mənim ailəmin nəsilləri İsraildən uzaqda olsa da, Azərbaycanda dinclik, əmin-amanlıq və rifah içində yaşayıblar. 

Bu gün İsrail və Azərbaycan Respublikası heç vaxt olmadığı qədər daha yaxından əməkdaşlıq edirlər və parçalanmış dünyaya ümid vəd edirlər. Onlar bir dost kimi terrorçuluğa və ekstremizmə qarşı, həm də qonşularının təzyiqinə qarşı mübarizə aparırlar. İki ölkə enerji, kənd-təsərrufatı, telekommunikasiya, kiber texnologiya, müdafiə, tikinti, suvarma, səhiyyə və turizm kimi bir çox sahələrdə yaxından əməkdaşlıq edir, bu dostluqdan hər iki xalq qazanc əldə edir. İsrailin neft idxalının təqribən 50%-ni Azərbaycan ödəyir və Azərbaycanın əsas neft şirkəti İsrailə neft ofşorunun tapılmasına yardım edir. 

Biz bayram keçirməyə məcburuq. Bizim Sukkot bayramımız keçmişdə baş verənlərin bu gün də əhəmiyyət daşıdığını vurğulayır və biz bunu gələcəkdə də davam etdirməliyik. Çox coşğun və aşırı fəxarət hissiylə azərbaycanlı ruhaninin dediklərini bayram etmək istəyirəm. Onun israilli rəsmilərin ziyarəti zamanı dedikləri xüsusilə bu Sukkot bayramı günlərində böyük əhəmiyyət daşıyır: "İslam hüququnda yəhudilərin Müqəddəs dağa getməyini qadağan edən heç bir şey yoxdur, bunun əksini deyənlərin kafir adlandırılması isə İslamı siyasi alətə çevirməkdən başqa bir şey deyil”. O bunu ictimaiyyət qarşısında və böyük əminliklə dedi. Bu, onun ürəyindən gələn sözlər idi, ondan qorxu və nifrətdən çəkinmək yox idi, o inandığını deyirdi. 

Azərbaycanlı ruhani bu sözləriylə dünyanı dəyişdirdi. Dünya azərbaycanlı-yəhudi dostluğundan indi daha çox şey öyrənir. Bu əməkdaşlıq bir çox baxımdan unikaldır, çünki o, hansısa qərəzdən, önyarğılardan uzaqdır, halbuki müasir dünyada belə bir yalan formalaşıb ki, yəhudilər və müsəlmanlar əməkdaşlıq edə və dostluq edə bilməzlər. Azərbaycan və İsrail heç vaxt təsəvvürə gətirilməyəndən o tərəfə gedən əməkdaşlıqları ilə bunun əksini sübut edirlər. 

Tərcümə: Emin



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb