Azərbaycan XİN: Qardaş Tükiyə xalqı və dövlətinin yanındayıq

10:17 | 16.07.2016
Azərbaycan XİN: Qardaş Tükiyə xalqı və dövlətinin yanındayıq

Azərbaycan XİN: Qardaş Tükiyə xalqı və dövlətinin yanındayıq

"Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır.

Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşacağına əminliyimizi ifadə edirik”, - bəyanatda qeyd olunur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb