Azərbaycan yığması yenə uduzdu

23:14 | 08.06.2019
Azərbaycan yığması yenə uduzdu

Azərbaycan yığması yenə uduzdu

Bu gün Azərbaycan milli komandası "AVRO-2020" seçmə mərhələsində növbəti oyununu keçirəcək.


Qaynarinfo xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.


Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Marko Rossinin baş məşqçilik etdiyi kollektiv evdə gözlənilmədən Xorvatiyaya qalib gəlib - 2:1. Nikola Yurçeviçin komandası isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub - 1:2.


Yığmanın heyətində Eddi İsrafilov komandaya dəvət olunsa da, zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Macarıstanda isə Tamaş Kadar, Barnabaş Bese, Donat Joter zədəlidir.


Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.


AVRO-2020
Seçmə mərhələ
III tur


8 iyun
Azərbaycan - Macarıstan 1:3
Qol: Mahir Əmrəli, 69 - Villi Orban, 18; 53; David Holman, 71
Hakimlər: Kevin Blom, Bas van Dongen, Johan Balder, Serdar Gözübüyük (Hollandiya).
Bakı. "Bakcell Arena"
 
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov (k), 6. Bədavi Hüseynov, 10. Mahir Əmrəli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda


Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavlo Paşayev, 22. Aleksey İsayev


Baş məşqçi: Nikola Yurçeviç




Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixali Korhut, 6. Villi Orban, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Szalai, 10. Dominik Szoboszlay, 14. Gerge Lovrençiç, 15. Lazlo Klaynhaysler, 18. Dominik Naqi


Ehtiyat oyunçular: 12. Denes Dibuş, 22. Adam Kovaçşik, 4. Yanos Ferencsi, 5. Paulo Vinisius, 11. Kristian Nemet, 13. Zolt Kalmar, 16. Mete Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İstvan Kovaçs, 21. Tamaş Kadar, 23. Filip Holender


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb