Azərbaycana turist axını başladı

12:18 | 05.05.2015
Azərbaycana turist axını başladı

Azərbaycana turist axını başladı

"Bakı-2015” də ölkəyə gələn turustlərin sayı 2 qat artacaq.

ANS TV-nin məlumatına görə, ölkəyə gələn qonaqlar potensial turist rolunu oynayacaq. İlkin hesablamalarda bildirilib ki, təkcə paytaxtda qalacaq turistlərə otel və mehmanxanalarda 30 minə qədər yer təşkil olunub. Respublikada fəaliyyət göstərən turizm şirkətlərinə isə tapşırılb ki, gələn qonaqları ölkəmizlə tanış etmək məqsədi ilə maraqlı turpaketlər təşkil etsinlər. Birinci Avropa Oyunları zamanı paytaxt ərazisində yerləşən beş, dörd və üçulduzlu otellər, kafe və restoranlar da gücləndirilmiş rejimdə çalışacaq. Mədəniyyət və Turizm Nazirliyi tədbir öncəsi otellərdə və turistlərin müraciət edəcəkləri əyləncə mərkəzlərində xidmət səviyyəsini yoxlamaq üçün monitorinqlər aparıb. 

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Vüqar Şıxməmmədov deyir ki, Bakı şəhərində fəaliyyət göstərən bütün mehmanxanalar oyunlar zamanı gələcək turistləri qəbul etməyə hazırdır. Xidmət sahəsində yaranan qısa problemlər aktlaşdırılaraq aradan qaldırıldı. 

"Bakı-2015” ilk Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin üz tutacağı məkanlar müxtəlif olacaq. Bu zaman əcnəbilər məlumatsız qalmayacaqlar. Belə ki, onları ölkəmizin tarixi ilə tanış etmək üçün yüzlərlə məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur. İlk növbədə buradan audiobələdçilər əldə etmək mümkündür. Audiobələçilərə Azərbaycan, rus, ingilis, fransız və ispan dillərində məlumat daxil edilib. Xarici qonaqlara yardımçı olmaq üçün I Avropa Oyunları zamanı könüllü tərcüməçilər də fəaliyyət göstərəcək. Ənənəvi Qız qalası Beynəlxalq İncəsənət Festivalının tarixi də Avropa Oyunlarına görə dəyişdirilərək iyunun 11-dən 14-dək keçiriləcək. Bu müddətdə turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Bunlar vasitəsilə qonaqlar Azərbaycanın müxtəlif yerlərinə səfərlər edəcəklər. I Avropa Oyunları zamanı bütün mədəniyyət ocaqları gücləndirilmiş iş rejimində işləyəcək 

Vüqar Şıxməmmədov bildirib ki, paytaxtda fəaliyyət göstərən muzey və qoruqların iş saatı gecə 12:00-a qədər uzadılacaq. Bazar ertəsi istisna olmalqa hər gün tamaşalar sərgilənəcək. Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatr, Dövlət Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrı tamaşalar ingilis dilində sinxron təecümə ilə aparılacaq. 

Mütəxəssislərin fikrincə I Avropa Oyunları yeni turistlərin ölkəyə cəlb olunması üçün baza yaradacaq. Bu da təbii ki, turizm sektorunda Azərbaycanın təqdimatı və təbliğatında mühüm rol oynayacaq və bu sahənin inkişafına ciddi təkan verəcək.

Turizm üzrə ekspert Ruslan Quliyev Avropa Oyunlarının hazırlıq səviyyəsinin yüksək təşkil olunduğunu və bu oyunların Azərbaycanı bütün dünyada tanıdacağını bir daha vurğuladı.

Nəzərə alsaq ki, beynəlxalq qiymətləndirmələrə görə, bir turist Azərbaycanda olan zaman 1 həftə ərzində orta hesabla 1000 dollara yaxın vəsait xərcləyir, praktik olaraq 2 həftəlik yarışlarda bir turist Azərbaycan iqtisadiyyatına 2 min manat sərmayə yönəldəcək. Bu, sözsüz ki, Avropa Oyunları müddətində birmənalı şəkildə turistlər tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən vəsaitlərin həcminin artmasına səbəb olacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb