Azərbaycanda böyük sərdabə tapıldı

17:12 | 29.09.2014
Azərbaycanda böyük sərdabə tapıldı

Azərbaycanda böyük sərdabə tapıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tədqiqat işlərini uğurla davam etdirir.Naftalan- Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov AzərTAc-a bildirib ki, Naftalan şəhəri ətrafında kurqan tipli qəbir abidələri aşkar edilib. Burada genişmiqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.Goranboy rayonu ərazisində isə diametri 30, hündürlüyü 3 metr olan kurqanın ətrafında 2 metrə yaxın eni olan daş düzümünün-kromlexin olduğu müəyyənləşdirilib. Eyni zamanda, böyük ölçülü kurqanaltı sərdabə aşkar edilib.Üzəri ağac tirlərlə örtülmüş sərdabənin uzunluğunun 10, eninin 8 metrdən artıq olması ehtimal olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb