"Son illər ölkədə həyada keçirilən irimiqyaslı layihələrdən bir çoxu məhz yol infrastrukturunun müasirləşməsi ilə bağlıdır. Qafqazda bir ilk olan ödənişli yolun may ayının sonuna qədər istifadəyə verilməsi gözlənilir. Artıq tariflərlə bağlı da müəyyən parametrlər müəyyənləşib”.
"AzPolitika” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Xəzər Televiziyasına müsahibəsində bildirib. Agentliyin rəhbəri Şamaxı yolundakı sürüşmə probleminin birdəfəlik həllini nəzərdə tutan yeni layihədən də danışıb.
Qeyd edək ki dünya praktikasında ödənişli yolllar adətən mövcud olan yollara alternativ təşkil edir. Azərbaycanda da bu prinsip əsas götürülüb. Belə ki ödənişli yol mövcud Bakı-Ələt-Astara yolunun alternativi olacaq. Amma təbii ki, bu yolun müəyyən üstünlükləri olacaq. Saleh Məmmədov deyir ki, yeni yolun məsafə baxımdan qısa və daha rahat olması istifadəçilərə vaxt və yanacaq baxımdan daha sərfəli olacaq. Tariflər müəyyənləşdirildikdə də elə bir məbləğ seçiləcək ki, istifadəçilər üçün sərfəli olsun.
Agentliyin rəhbəri həmçinin daha bir böyük layihə ilə bağlı da məlumat verib. Bu isə Bakı-Şamaxı-Yevlax magistral yolunda tez tez baş verən sürüşmə və çökmə probleminin birdəfəlik həllini nəzərdə tutur. Hazırlanan layihəyə əsasən bu yolda viyaduklardan istifadə edilə bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !