Azərbaycanda ÜDM 5,5% artıb

22:00 | 15.05.2015
Azərbaycanda ÜDM 5,5% artıb

Azərbaycanda ÜDM 5,5% artıb


2015-ci ilin dörd ayı ərzində ölkədə 16,6 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% çox ümumi daxili məhsul istehsal olunub.

ANN.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ümumi daxili məhsulun 36,2%-i sənayedə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5%-i tikintidə, 10,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6%-i nəqliyyat və anbar təsərrüfatında, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2%-i informasiya və rabitə xidmətlərində, 15,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.
 
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb