Azərbaycanda internetin qiyməti kəskin ucuzlaşacaq - RƏSMİ

13:39 | 08.05.2019
Azərbaycanda internetin qiyməti kəskin ucuzlaşacaq - RƏSMİ

Azərbaycanda internetin qiyməti kəskin ucuzlaşacaq - RƏSMİ

"Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kompaniyaların keçirilməsini planlaşdırır.

Şirkətdənverilən məlumata görə, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacaq:

"Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir. Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər. 

İnanırıq ki, bu sahədə fəaliyyət göstərən operatorlarla birgə fəaliyyətimiz nəticəsində "Delta Telekom LTD” MMM-in bu addımını hər bir istifadəçi öz evində və mobil telefonunda hiss edəcəkdir. Ölkəmizin sakinlərinə və qonaqlarına bayramlar ayı olan may ayından başlayaraq "Delta Telekom LTD” MMM-in sərfəli kompaniyasına qoşulmuş provayderlərin xidmətindən istifadə etməklə yüksək sürətli internet xidməti vasitəsilə xoş xəbərlər almağı arzu edirik".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb