Azərbaycanda kimlər təhsil xərcindən azad edildi?

22:49 | 29.11.2013
Azərbaycanda kimlər təhsil xərcindən azad edildi?

Azərbaycanda kimlər təhsil xərcindən azad edildi?

Milli Məclisin dekbarın 3-də keçiriləcək iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edəcək.

Bu barədə Modern.az-a parlamentdən məlumat verilib. Qanuna təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

Qanunda edilən dəyişikliklə bağlı prezident İlham Əliyev müvafiq layihəni Milli Məclisə göndərib. Dəyişikilik “Təhsil haqqında” qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, özəl, ali və orta ixtisas təhsili müəssələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdəsi hesabına ödənilir”-deyə təklif olunmuş dəyişiklikdə qeyd edilib.

Qanuna təklif olunan dəyişik Milli Məclisin dekabrın 3-də keçirləcək plenar iclasının gündəliiynə salınıb.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb