Azərbaycanda məhbus öldü

11:16 | 23.03.2015
Azərbaycanda məhbus öldü

Azərbaycanda məhbus öldü

Azərbaycanda məhkum ölümü qeydə alınıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.
 
Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovun meyiti müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini  müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.
 
Şəki Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.
 
Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM