Azərbaycanda orta aylıq maaş 466 manatı ötdü – STATİSTİKA

15:27 | 15.02.2016
Azərbaycanda orta aylıq maaş 466 manatı ötdü – STATİSTİKA

Azərbaycanda orta aylıq maaş 466 manatı ötdü – STATİSTİKA

Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 495,8 min nəfər olub, onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsindən  (DSK) Oxu.Az-a bildirilib.

Məlumata görə, muzdla işləyənlərin 22,6%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5% artaraq 466,4 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb