Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Siyahı

11:40 | 06.01.2015
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar -  Siyahı

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Siyahı

Ötən il ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, ötən il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 3608 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.

Qeyd edək ki, Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb