Azərbaycanda yenə evlənənlərin sayı azalıb, boşananların sayı artıb

17:47 | 14.02.2024
Azərbaycanda yenə evlənənlərin sayı azalıb, boşananların sayı artıb

Azərbaycanda yenə evlənənlərin sayı azalıb, boşananların sayı artıb

2023-cü il ölkədə 54200 nikaha daxilolma, 21688 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin açıqlanan hesabatında bildirilib.
 
Hesabat dövründə 2022-ci illə müqayisədə evlənənlərin sayı 6,1-dən 5,3-ə düşüb, boşananların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
 
2023-cü il həmçinin ölkədə 60150 ölüm faktı qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə azalaraq 6,0-dan 5,9-a enib.
 
Ölənlərin 3156 nəfəri (5,2 faizi) 0-17 yaşda, 6342 nəfəri (10,6 faizi) 18-49 yaşda, 15655 nəfəri (26,0 faizi) 50-64 yaşda, 34997 nəfəri (58,2 faizi) isə 65 və yuxarı yaşda olub.
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM