Azərbaycanda yeni qızıl medal təsis ediləcək

17:21 | 15.05.2014
Azərbaycanda yeni qızıl medal təsis ediləcək

Azərbaycanda yeni qızıl medal təsis ediləcək

Onun laureatları mədəniyyət, incəsənət və humanitar sahənin xadimləri olacaq.

Azərbaycanda “Nizami Gəncəvi” adına yeni qızıl medal təsis ediləcək.

Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif  Nəsirov bildirib.

“Parlamentin növbəti plenar iclasında “Nizami Gəncəvi” qızıl medalının təsis edilməsi müzakirə ediləcək, və bu müzakirənin nəticəsi olaraq səsvermə keçiriləcək”, - A.Nəsirov qeyd edib.

Onun sözlərinə görə, yeni medal ilə mədəniyyət, incəsənət və humanitar sahədə fərqlənən xadimlər təltif ediləcəklər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb