Azərbaycanın qonşusundan təhdid - Görünməmiş müharibə ola bilər

11:21 | 23.07.2018
Azərbaycanın qonşusundan təhdid - Görünməmiş müharibə ola bilər

Azərbaycanın qonşusundan təhdid - Görünməmiş müharibə ola bilər

"Cənab Tramp, şirin quyruğu ilə oynamayın. Peşman olarsınız. Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır. İranla müharibə - bütün savaşların savaşıdır". İstiPress-in məlumatına görə, İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampa növbəti dəfə xəbərdarlıq edib.

O, deyib ki, düşünülmədən atılan addımlar görünməmiş müharibəyə gətirib çıxara bilər.

ABŞ prezidenti Donald Tramp da sakit dayanmayıb. O da öz növbəsində İran prezidentinin hədəsinə hədə ilə cavab verib. "Bir daha əsla ABŞ-ı təhdid etmə. Yoxsa tarixdə çox az sayda insanın gördüyü nəticələrə qatlanmalı olarsan. Artıq şiddət və ölümə dair bəyanatlarınızı sinəyə çəkəcək bir ölkə deyilik. Diqqət et!".  Tramp "Twitter" hesabından bu paylaşımı edib. 

İki ölkə arasında o qədərdə yaxşı olmayan münasibət D.Trampın 2015-ci ildə İran və altılıq ölkələri ilə imzalanan nüvə razılaşmasından çıxmalarını elan etməsindən sonra daha da gərginləşib. ABŞ İrana qarşı yeni sanksiyalar tədbiq edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb