Azərbaycanın xaricə satdığı neftin həcmi açıqlandı

10:05 | 22.12.2015
Azərbaycanın xaricə satdığı neftin həcmi açıqlandı

Azərbaycanın xaricə satdığı neftin həcmi açıqlandı

Azərbaycan 2015-ci ilin 11 ayı ərzində 29 milyon 941 min 481 ton neft ixrac edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 0,9% azdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yanvar-noyabr ayları üzrə açıqladığı hesabatda deyilib. 

"Sayğacların göstəricilərinə əsasən, yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 24 milyon 421 min 855 ton (həmçinin "Şahdəniz” yatağından 1 milyon 952 min 274 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 3 milyon 915 min 164 ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 186 min 918 ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 417 min 543 ton neft daşınıb”, - deyə DGK-nın hesabatında vurğulanıb. 

Bundan başqa, komitədən bildirilib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 121 milyon 667 min ABŞ dolları məbləğində neft məhsulları (2710 mal kodu üzrə) idxal olunub. On bir ayda neft məhsulları Azərbaycanın ümumi idxalının 1,48%-ni təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb