Azərbaycanlı “La Scala”ya qəbul oldu - ilk dəfə - VİDEO

14:49 | 11.07.2014
Azərbaycanlı “La Scala”ya qəbul oldu - ilk dəfə - VİDEO

Azərbaycanlı “La Scala”ya qəbul oldu - ilk dəfə - VİDEO

Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə dünyanın tanınmış “La Scala” vokal akademiyasına qəbul olub. “Qafqazinfo”ya bu haqda xalq artisti Zaur Rzayev məlumat verib: “Oğlum 4 ildir İtaliyada oxuyur. Nəhayət öz istədiyinə nail oldu. O, müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın məşhur “La Scala” vokal akamediyasına qəbul olub və orada iki il yarım təhsil alacaq. İndiyə kimi  yalnız Müslüm Maqomayev 6 ay tanınmış akademiyaların birində dərs keçib. Bu fövqəladə haldır. Azər hazırda ölkənin birinci xanımı Mehriban Əliyeva ilə  Fransada-Kannda böyük tədbirin açılışındadır. Nə keçmiş, nə müasir tariximiz boyu belə bir hal baş verməyib”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM