Azərbaycanlı "Facebook" istifadəçilərinin ən sevimli kitabları - SİYAHI

11:52 | 10.09.2014
Azərbaycanlı "Facebook" istifadəçilərinin ən sevimli kitabları - SİYAHI

Azərbaycanlı "Facebook" istifadəçilərinin ən sevimli kitabları - SİYAHI

Son zamanlar "facebook" sosial şəbəkəsində  "bookchallenge" adlı kitab aksiyası böyük marağa səbəb olub. Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər "bookchallenge" aksiyasında ən çox sevdikləri kitabların adlarını paylaşır və dostlarını da aksiyaya qoşularaq, sevdikləri kitabların adlarını paylaşmağa dəvət edirlər. Məqsəd kitaba olan marağı artırmaqdır.  
Bu aksiya Azərbaycanda da böyük marağa səbəb olub və bir çox yerli "facebook" istifadəçiləri aksiyaya qoşulublar. ANN.Az saytı araşdırma apararaq, azərbaycanlı "FB" istifadəçilərinin "bookchallenge" aksiyasında adlarını ən çox çəkdiyi kitabların siyahısını hazırlayıb. Həmin siyahını oxucularımıza təqdim edirik. 
1. Dostoyevski: "Cinayət və cəza"
2. Viktor Hüqo: "Səfillər"
3. Alber Kamyu: "Yad", "Taun"
4. Corc Oruell: "Heyvanıstan", "1984" 
5. Qurban Səid: “Əli və Nino”
6. Xalid Hüseyni: "Çərpələng uçuran"
7. Franz Kafka - əsərləri
8. Selincer: "Çovdarlıqda uçurumdan qoruyan"
9. Erix Mariya Remark: "Zəfər Tağı"
10. Stefan Sveyq: "Dünənin dünyası"
11. Cek London: "Martin İden"
12. Çingiz Abdullayev - əsərləri 
13. Lev Tolstoy: "Anna Karenina"
14. Mirzə Fətəli Axundov - əsərləri
15. Orhan Pamuk: "Qara Kitab"
16. Dino Bussati - "Tatar çölü"
17. Cəlil Məmmədquluzadə - "Danabaş kəndinin əhvalatları"
18. Onore de Balzak - əsərləri
19. Seymur Baycan - əsərləri
20. Varis - əsərləri
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM