Azərbaycanlı yazıçının romanı Türkiyədə dərs vəsaiti oldu

02:24 | 04.03.2014
Azərbaycanlı yazıçının romanı Türkiyədə dərs vəsaiti oldu

Azərbaycanlı yazıçının romanı Türkiyədə dərs vəsaiti oldu

Azərbaycanlı yazıçının romanı Türkiyədə dərs vəsaiti olub

Azərbaycan yazıçısı Varisin ötən ilin oktyabrında İstanbulda nəşr olunan «Yetmiş yeddinci gün» romanı Türkiyənin Yozqat Bozok Dövlət Universitetində Türk dili və ədəbiyyatı fənnindən dərs vəsaiti kimi təsdiqlənərək tədris proqramına daxil edilib. 

Yazıçının Qaynar.info-ya verdiyi məlumata görə Universitet rəsmisi Dr. Ebubekir Güngör də bu barədə açıqlama yayıb.

Xatırladaq ki, «Yetmiş yeddinci gün» romanı Azərbaycan tarixinin 1937-ci ildən başlayaraq yetmiş illik bir dövrünü əhatə etməklə yeniyetmələrlə böyüklər arasındakı ziddiyyətdən doğan ağrı-acını, xoşbəxtliyin daim yaxında – bir addımlıqda olması inamını bədii çalarlarla özündə əks etdirir.

Qeyd edək ki, bu günlərdə yazıçının Türkiyədə «Son məktub» adlanan sayca üçüncü romanı işıq üzü görəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM