Azərbaycanla sərhəddə atışma - Ölən və yaralananlar var

22:25 | 23.11.2017
Azərbaycanla sərhəddə atışma - Ölən və yaralananlar var

Azərbaycanla sərhəddə atışma - Ölən və yaralananlar var

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.
 
 "Ria Novosti”nin verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayonun başçısı Fərid Əhmədov bildirib. Onun sözlərinə görə, qətlə yetirilənlərdən biri rayon şurasının deputatıdır. Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi insident nəticəsində 3 nəfərin xəsarət aldığını söyləyib.
Səhiyyə Nazirliyindən bildirilib ki, yaralı şəxslərdən ikisinin vəziyyəti orta ağırdır.

Atəş açan şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb.  Münaqişədə 8 nəfər iştirak edib. Faktla bağlı araşdırma aparılır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb