Azərbaycanlılar axın-axın İrana gedirlər - RƏSMİ MƏLUMAT

11:41 | 23.12.2019
Azərbaycanlılar axın-axın İrana gedirlər - RƏSMİ MƏLUMAT

Azərbaycanlılar axın-axın İrana gedirlər - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İrana 1 milyon 869 min 865 nəfər səfər edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, hər gün Azərbaycandan İrana orta hesabla 5 min 598 nəfər gedib.
İrana gedən Azərbaycanlıların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,5% artıb. Belə ki, ötən ilin ilk 11 ayında İrana 1 milyon 486 min 678 nəfər yollanıb.

Bu ilin ilk 11 ayında xaricə səfər edən hər 3 Azərbaycan vətəndaşından biri İrana gedib. 2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı rekord səviyyəyə yüksəlib. Son 11 ay ərzində 5 milyon 95 min azərbaycanlı xaricə səfər edib.

İrandan sonra Azərbaycan vətəndaşları ən çox Gürcüstana, Rusiyaya və Türkiyəyə gediblər. Ümumiyyətlə xaricə gedən azərbaycanlıların 94,5%-i qonşu ölkələrə - İrana, Gürcüstana, Rusiyaya və Türkiyəyə yollanıblar.  

Azərbaycana gələn turistlərin sayı isə 2 milyon 923,8 min nəfər olub. Gələnlərin 29,7%-i Rusiya, 22,6%-i Gürcüstan, 9,9%-i Türkiyə, 8%-i  İran vətəndaşları olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb