Azərbaycanın Xalq artisti professor oldu - FOTO

09:26 | 04.03.2014
Azərbaycanın Xalq artisti professor oldu - FOTO

Azərbaycanın Xalq artisti professor oldu - FOTO

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Mənsum İbrahimov daha bir uğura imza atıb. Xalq artisti rəsmən professor adına layiq görülüb.Mənsu İbrahimov bildirib ki, bu gün ona Azərbaycan Dövlət Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev tərəfindən muğam sahəsində professorluq diplomu təqdi olunub. Onun sözlərinə görə, bu amil Azərbaycanda muğamın inkişafının göstəricisidir. Qeyd edək ki, Azərbaycanda ilk dəfə muğam sahəsində professor adını bir neçə il əvvəl muğam ustası Arif Babayev qazanıb. Xatırladaqki, xalq artisti 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. Bundan başqa 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunan muğam ustası 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.//Qafqazinfo
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM