Azercell Xankəndidə!

13:58 | 11.03.2024
Azercell Xankəndidə!

Azercell Xankəndidə!

Lider mobil operator Qarabağda növbəti xidmət mərkəzini istifadəyə verir
 
"Azercell Telekom” MMC azad edilmiş ərazilərdə xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Böyük qürur və sevinc hissi ilə lider mobil operator Xankəndinin mərkəzində rəsmi diler mağazasını istifadəyə verir.
Bununla da Azercell azad edilmiş ərazilərdə rəsmi xidmət və satış məntəqələrinin sayını beşə çatdırmış olur. Şirkətin Şuşa şəhərində Eksklüziv ofisi, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazaları fəaliyyət göstərir. Xatırladaq ki, bir neçə gün öncə Azercell Füzulidə də mobil rabitəyə aid xidmətlər göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edib.
Bu münasibətlə şirkətin rəsmi nümayəndə heyəti Füzuli və Xankəndiyə səfər edərək burada açılan  yeni mağazaları ziyarət edib. Qeyd edək ki, hər iki ofis ən müasir avadanlıqla təchiz edilib. Mağazalarda nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Eyni zamanda, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar. 
"Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərdə aktiv şəkildə iştirak  edir. Qeyd edək ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada  müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz Azercell olub. Lider mobil operator bu günədək azad edilmiş ərazilərdə 150-dən çox 4G baza stansiyasını və  günəş enerjisi ilə çalışan 2 "yaşıl” stansiya işə salıb.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb