"Azərpoçt" ötən il nə qədər gəlir əldə edib? - Açıqlama

16:32 | 19.01.2024

"Azərpoçt" ötən il nə qədər gəlir əldə edib? - Açıqlama

2023-cü il "Azərpoçt" MMC 4,6 milyon manat xalis mənfəət əldə edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. 
 
Son 3 ildə qurumun aktivləri 5 dəfəyə yaxın artaraq 774 milyon manata çatıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 
2020-ci ilə nisbətdə 10 dəfə artıb. 2020-ci ildə 7.7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4.6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub.  "Azərpoçt” son dövrlərdə maliyyə institutları ilə iş sahəsində də fəallıq göstərib. Nəticədə Türkiyədə "Aktif Bank”da müxbir hesablar və İsveçrədə BCP bankda hesablar açılıb", - məlumatda deyilir. 
 
"Azərpoçt" un 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM