"AzSığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olundu

09:39 | 27.01.2016

"AzSığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olundu

Cari ilin yanvarın 15-də keçirilən səhmdarların yığıncağında qəbul olunan qərara əsasən, "AzSığorta" ASC-nin Direktorlar Şurasının yeni sədri seçilib.
 
 
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutan Aleksandr Kananadze təyin olunub.
 
 
Direktorlar Şurasına həmçinin Ziya Talıbov və Murad Əhmədov daxil olublar.

Aleksandr Kananadze Bauman adına Moskva dövlət texniki universitetini bitirib və maliyyə sahəsində MBA dərəcəsini alıb. Sığorta sahəsində 15 illik təcrübəyə malikdir. "Allianz" və "Zurich" kimi dünyanın nəhəng sığorta şirkətlərində yüksək vəzifələr tutub. Aleksandr Kananadze "AzSığorta" komandasına 2015-ci ilin noyabr ayından etibarən qoşulub. Yeni vəzifəsinin icrasına isə cari ilin yanvarın 16-dan etibarən başlayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb