"Aztelekom"un baş direktorunun müavini işdən çıxdı

16:21 | 01.07.2016

"Aztelekom"un baş direktorunun müavini işdən çıxdı

"Aztelekom" İstehsalat Birliyinin rəhbərliyində dəyişiklik olub.
 
"APA-Economics" xəbər verir ki, qurumun baş direktorunun müavini Mehman Həsənov öz ərizəsi ilə işdən çıxıb. Bundan sonra baş direktorun sabiq müavini Azərbaycan Texniki Universitetində kafedra müdiri kimi çalışacaq.
 
Qeyd edək ki, "Aztelekom" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM